Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ - ÖZƏL
6 İyun 2023 13:14 Sosial'"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" Muxtar Respublikanın inkişafında yeni bir dövrün başlanğıcı olacaq. Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərlkəzdən "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, qarşıdakı 4 il ərzində Dövlət Proqramının uğurla icrası Muxtar Respublikanın simasını əsaslı dərəcədə dəyişəcək, bu bölgənin sosial-iqtisadi həyatında canlanma baş verəcək:
"Dövlət proqramının icrası nəticəsində Muxtar Respublikada yeni istehsal və emal müəssisələri də yaradılacaq ki, bu da ümumilikdə Naxçıvanda məşğulluq səviyyəsinin yüksəlməsi və işsizliyin aradan qaldırılmasına təkan verəcək".
Mərkəzdən o da bildirilib ki, Dövlət Proqramında Naxçıvanda Azad İqtisadi Zonanın da yaradılması nəzərdə tutulur və belə bir addımın atılması Muxtar Respublikanın region ölkələri ilə əlaqələrinin inkişafına da zəmin yaradacaq.