Xilasedicilər köməksiz vəziyyətdə qalmış şəxsi xilas ediblər
13 Fevral 2023 13:45 SosialFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri istiqamətində - Qazandağ silsiləsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən "Olaylar"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Qazandağ silsiləsində dərinliyi təxminən 30 metr olan dərəyə sürüşüb düşən bir nəfər vətəndaş köməksiz halda həyati təhlükəli vəziyyətə düşüb. Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla vətəndaş dərədən çıxarılaraq xilas edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31