Nazir müavini Salyanda vətəndaşları qəbul edəcək
13 Fevral 2023 13:33 Sosial
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli fevralın 22-də Salyan rayonunda həmin rayonun sakinlərini qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 13-17 fevral tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31