Bakıda 20 yaşlı oğlan hosteldə məktub qoyub yoxa çıxdı
13 Fevral 2023 13:24 SosialBakıda 20 yaşlı oğlan itkin düşüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağdaş rayon sakini, 20 yaşlı Xəyal Musayev fevralın 9-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.
Araşdırmalar zamanı məlum olub ki, X.Musayev paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən hosteldə qalırmış. O, fevralın 9-da saat 20 radələrində telefonunu və "intihar edəcəyəm, heç kimin günahı yoxdur",- sözləri yazılmış məktubu hosteldə qoyaraq oranı tərk edib.
Hazırda araşdırma tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31