Dağıntılar altından sağ çıxan azərbaycanlı tələbələr evə döndülər - VİDEO - FOTO
13 Fevral 2023 12:54 SosialTürkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətiriliblər.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Kəpəz televizyasının əməldaşları azərbaycanlı tələbələrin evində olub, onlaqrın vəziyyəti ilə maraqlanıb.
Gülşən Cəfərova qeyd edib ki, baş verən hadisəni heç kəs ömrünün sonunacan unuda bilməyəcək.
"Nə yarım qalan ömürləri, nə valideynsiz övladları, nə çəkilən fəryadları. Çarəsizlik ağır dərddir. Allah bir daha yaşatmasın!", - deyə o, əlavə edib.
Jalə Cəfərova bildirib ki, Kahramanmaraş Universitetinin "Sağlıq bilimləri" fakültəsinin 4-cü kurs tələbəsi Gülşən Cəfərova da bacısından heç də az gərginlik yaşamayıb. Hətta zəlzələ baş verəndə bacısı Jalənin öldüyünü güman edib.



