“Heydər Əliyev İli”nə həsr olunan Qış Məktəbinə start veriləcək
13 Fevral 2023 12:37 Sosial
Fevralın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) "Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində" adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinə start verəcək. Mərkəzdən "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində təşkil edilən və "Heydər Əliyev İli"nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 19-dan 26-dək davam edəcək. Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında da fəaliyyət göstərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31