"Türkiyədə bir neçə gün konteynerdə qaldıq"

Gecə zəlzələ baş verdiyi an çölə çıxdıq və bir neçə gün konteynerdə qaldıq.

Bunu Trend-ə açıqlamasında Türkiyədə baş verən zəlzələdə zərər çəkən Yusuf Kara deyib.

"Özüm Qaziantepli, həyat yoldaşım isə azərbaycanlıdır. Azərbaycana yoldaşım və 4 aylıq uşağımla birgə gəldik. Gecə zəlzələ baş verdiyi an çölə çıxdıq və bir neçə gün konteynerdə qaldıq. Son olaraq buraya gəldik. Bunun üçün Azərbaycana təşəkkür edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə ağır zəlzələdə yaralanan 10 uşaq Azərbaycana gətirilib. Gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Elmi Tədqiqat Pediatriya İnstitutuna daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir.

Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31