Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb
13 Fevral 2023 12:08 SosialAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.
ANAMA-dan Olaylar.az-a bildirilib ki, fevralın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda , Xocavənddə 42 tank əleyhinə mina və 118 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 250 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31