Elnur Hidayətoğluna yeni vəzifə verildi
13 Fevral 2023 10:31 SosialTanınmış jurnalist Elnur Hidayətoğluna yeni vəzifə verilib.
Olaylar.az xəbər verir ki, bu barədə "ASAN Xidmət"in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.
Məlumata görə, E. Hidayətoğlu Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, daha əvvəl Kliniki Tibbi Mərkəzdə İctimiayyətlə əlaqələr şöbəsinin rəhbəri olub. Bu ayın əvvəlində vəzifəsindən ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31