Növbəti yardım TIR-ı Ağdamdan birbaşa Türkiyəyə yola düşüb - FOTO + VİDEO

Növbəti yardım TIRı Ağdamdan birbaşa Türkiyəyə yola düşüb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Ağdam rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə yığılan yardım bağlamaları yola salınıb.

Aksiya zamanı rayon könüllülərinin fəallığı diqqət cəlb edib. Qısa müddət ərzində qardaş ölkə üçün toplanmış yardım bağlamaları yük maşınına yığılıb. Yola salınan yardım Ağdam və Ağcabədi rayon icra hakimiyyətlərinin daxili büdcəsi hesabına alınıb. Yardımın ümumi məbləğinin 110 min manat təşkil edib. Yardım paketində əsasən konservləşdirilmiş qida və quru ərzaq növləri, içməli su, dərman preparatları, istilik avadanlıqları, generator, isti geyim və yataq dəstləri, həmçinin çadırlar təşkil edib.

Rayonun Quzanlı qəsəbəsindən yola düşən TIRı yerli yol patrul xidmətinin maşınları müşayət edib.

Qeyd edək ki, Ağdamnan Türkiyəyə sayca yola düşən 3-cü Tırdır. Fevralın 13-ü 4-cü Tırın yola düşməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31