Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Balakən, Beyləqan və Zərdab rayonları da qoşulub.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 11-də rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Beyləqan, Balakən və Zərdab rayonlarından göndərilən yardımlara generator, çarpayı, elektrik qızdırıcısı, fənər, yorğan-döşək, xalça, isti geyimlər və konservləşdirilmiş qida məhsulları daxildir.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31