Mətanət İsgəndərlinin qohumları zəlzələdə həlak oldu

Əməkdar artist Mətanət İsgəndərli qohumlarının Türkiyədə Kahramanmaraşda baş verən zəlzələdə həlak olduğunu deyib. 

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, qızı Ülkərin ailə qurduğu Enginin xalası da zəlzələ olan bölgədə yaşayır:

"Qızlarının birinin 10, digərinin isə 12 yaşı var idi. İki uşaq da ölüb. Bircə oğul övladları qalıb. Ata, ana o qədər səbrlidirlər ki... Deyirlər, biz sevinirik ki, qızlarımın ikisi də bir yerdədirlər, darıxmayacaqlar. Gör, ana nə deyir. Onunla özünə toxtaxlıq verir. Özü də övladlarına necə bağlı ailə idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31