İcarə müqavilələrinin sayı 2 dəfə artıb
10 Fevral 2023 13:55 SosialDövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib. Belə ki, 2022-ci il ərzində ümumilikdə 3819 yeni icarə müqaviləsi bağlanılıb, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Olaylar"a verilən məlumata görə, xüsusilə torpaq sahələrinin icarəyə verilməsi sahəsində yeni müqavilələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artaraq 2961 olub. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 24,8 milyon manat vəsait ödənilib. Qeyd edək ki, 2021-ci illə müqayisədə 2022-ci ildə icarədən dövlət büdcəsinə 8,6 milyon manat və ya 53% çox vəsait ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31