Ötən il 60 hərrac keçirilib

Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətlərində 46 dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 1 milyona yaxın elektron müraciət daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki,  Xidmət tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaradılan geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib. 2022-ci il ərzində 304 kiçik dövlət müəssisə və obyekti, 16 açıq səhmdar cəmiyyətin səhmləri, 262 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi, 513 nəqliyyat vasitəsi özəlləşdirilib. Keçən il dövlət əmlakının özəlləşdirilməsi məqsədilə ümumilikdə 60 hərrac təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31