Aşan quru ağaclar ətrafa ciddi ziyan vurublar - ÖZƏL

"Medianın son iki gündə paylaşdığı məlumatlardan biri də güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 30 ədəd ağaca ziyanın dəyməsiylə bağlı olub". "Olaylar" xəbər verir ki, bunu deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd edib ki, əslində isə ağacların böyük əksəriyyətinə ziyan dəyməyib, onlar ətrafa ciddi ziyan vurublar:  "Yəni ağacların əsas hissəsi qurumuş və kökü çürümüş vəziyyətdə olduğundan və müvafiq orqanların məsuliyyətsizliyi, habelə süründürməçiliyi ucbatından  vaxtında götürülmədiyindən kökündən qopmuş, nəticədə sakinlərə və ətrafdakı  avtomobillərə ciddi ziyan dəymiş, o cümlədən məhəllədaxili yollarda hərəkət dayanmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31