Azərbaycan Türkiyəyə 1000-dən çox çadır göndərib- ÖZƏL
10 Fevral 2023 11:12 SosialOlaylar.az xəbər verir ki, Azərbaycan "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələnin qurbanları üçün 1000-dən çox çadır göndərib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada Türkiyəyə 16 maşından ibarət humanitar yardım karvanının göndərildiyi bildirilib. Nəqliyyat vasitələrində 830 çadır və 279 qızdırıcının olduğu qeydə alınıb. Nazirliyin digər açıqlamasında 200 çadır və 183 qızdırıcının olduğu təyyarənin Bakıdan Adanaya yola düşdüyü bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31