Millət vəkili çağırış etdi - ÖZƏL
9 Fevral 2023 12:25 Sosial"Türk dünyasına, dünyanın dörd yanında yaşayan bütün xeyirxah insanlara növbəti dəfə çağırış etmək istərdim. Kahramanmaraş başda olmaqla qardaş Türkiyənin on vilayətində baş vermiş böyük təbii fəlakət nəticəsində ev-eşiksiz qalan insanlara təxirəsalınmadan yardım əli uzatmaq indi hər bir türkün, hər bir xeyirxah və vicdanlı insanın mənəvi borcudur". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib: "Mən də, AFAD (Türkiyə) və "Qızıl Aypara" (Azərbaycan) platformaları üzərindən özümün bir aylıq maaşımı köçürdüm amma ürəyimiz bununla toxtaqlıq tapmır. Zəlzələ bölgəsində durum ağırdır və bu soyuq günlərdə hər birimiz özümüzü orada hiss edərək, davranmalıyıq. Qardaş Türkiyə üçün dualarınızı əksik etməyin!Tanrı bütün xeyirxahları qorusun!"