Bəzi ölkələrdə teatrları zavod və fabrik kimi idarə edirlər - ÖZƏL
9 Fevral 2023 12:23 Sosial"Bəzi ölkələrdə teatrları zavod və fabrik kimi idarə edirlər, bu sadəcə gülməlidir".
Bunu Olaylar.az-a açıqlamasında Lənkəran Dram Teatrının aktyoru Emin Fərzullayev deyib.
"Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. 20, 30, 40 il ömürlərini və bütün fəaliyyətini teatra qurban edən sənətkarlarımız var. Təsadüfi deyil ki, ümummilli liderimiz ulu öndər Heydər Əliyev də teatrlarımızı daim diqqət mərkəzində saxlamış, ömrünü bu sahəyə həsr etmiş sənətkarlarımızı müxtəlif mükafatlar, ordenlərlə təltif etmişdir. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu var ki, bu Qanun teatr tamaşalarının hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, teatr fəaliyyətinin və teatrlara dövlət qayğısının hüquqi əsaslarını müəyyən edir.
Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev də ulu öndərin davamçısı olaraq sənətə böyük dəyər vermiş və daima mədəniyyət ocaqlarımızı zirvədə saxlamışdır. Ona görə də Azərbaycan teatrı bu gün bir neçə dövlətlərin teatrlarından çox-çox irəlidədir".