Bakcell Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları göndərdi
8 Fevral 2023 18:54 SosialBakcell şirkəti Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərin və orada çalışan insanların yaxınları və müvafiq qurumlarla əlaqə saxlaya bilməsini təmin etmək üçün Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları yollayıb.
Təbii fəlakətin baş verdiyi müxtəlif bölgələrdə "Bakcell"in dəstəyilə ümumi dəyəri 500 min manata yaxın olan 13 xüsusi telekommunikasiya avadanlığı quraşdırılacaq.
Qeyd edək ki, "Bakcell" şirkəti "NEQSOL Holding"in tərkibinə daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31