Azərbaycan vətəndaşları Türkiyə üçün yardım toplama məntəqələrinə axın edirlər - CANLI
8 Fevral 2023 16:25 SosialAzərbaycanlıların Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplaması davam edir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, vətəndaşlar yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir.
Yardımlar Bakıda Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanılır.
Qeyd edək ki, Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.
Əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər. (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31