Ölkəmizdə influenza virusu yayılıb - RƏSMİ
8 Fevral 2023 16:05 Sosialİnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, qrip infeksiyası zamanı sinir sisteminin, müxtəlif orqanların zədələnməsi ola bilər.
"Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb. Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir. Əksər hallarda ilk 2 sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi zamanı daha çox antibiotiklərin istifadəsinə önəm verir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31