“Son 3 gündə...” - Respublika Seysmoloji Mərkəzindən MÜHÜM AÇIQLAMA

 

"Son günlər qardaş ölkədə baş verən zəlzələ ilə bağlı sosial şəbəkələrdə seysmologiya sahəsindən xəbəri belə olmayan insanlar çıxıb "proqnozlar" verirlər".

Olaylar.az Gundem.az-a istinadən bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O qeyd edib ki, bir çox insanlar həmin "ekspertlər"in dediklərinin təsiri altına düşüb qorxu, təşviş keçirirlər:

"Son 3 gündə bizə bununla bağlı onlarla vətəndaşımız müraciət edib. Mediada RSXM rəhbərliyi və əməkdaşlarımız tərəfindən kifayət qədər açıqlamalar verilir . Vətəndaşlarımızdan xahiş edirik ki, sosial şəbəkələrdəki "ekspertləri" deyil, yerli mediamızı izləyin. Rəsmi açıqlamalara istinad edin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31