MEDİA-nın bu sahədə çalışanlara daha bir töhfəsi

Zaman dəyişib, hər bir sahənin inkişaf etdirilib günümüzün tələblərinə uyğunlaşdırılması zəruri olunca, həmin sahəni tənzimləyən qanunvericilik bazası, bu və ya digər qanunların da təkmilləşdiirilməsi şərt olur. Necə ki, "Media haqqında" qanun kimi.

Əvvəla onu qeyd edək ki, media sahəsində islahatların aparılması doğurdan da zamanın tələbinıə çevrilmiş, bir növ sosial sifariş olmuşdu. Hər yerindən duran, ucuz qazanc dalınca qaçan və s. kimi təsadüfi adamların baxış sayı gün ərzində 10 nəfərdən çox olmayan sayt yaratması, ayda, hətta 6 aydan bir qəzet, yaxud jurnal dərc edənlərin baş redaktor kimi dəbdəbəli məclislərdə ön sırada yer alması Azərbaycan mediasının durumunu ağır və aclnacaqlı vəziyyətə salmışdı. Ona görə də ölkədə media sahəsində mövcud olan acınacaqlı durumu düzəltmək, biabırçı vəziyyəti aradan qaldırmaq üçün çoxşaxəli addımlar atıldı, tədbirlər görüldü. Bu tədbirlərin ən  mühümü "Media haqqında" qanunun yenidən hazırlanması, bu sahədə çalışanların reyestrinin  aparılması idi.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, "Media reyestri" heç də bu cameənin insanları tərəfindən birnənalı qarşılanmadı Əsas etibarilə də məhz asan qazanc mənbəyi kimi sayt, digər informasiya resursu yaradanların. Çünki media reyestrinin aparılması onların illərdir ki, mətbuat sahəsində at oynatmaqlarının qarşısını alırdı. Gəlir mənbələri kəsilir, şantaj, şər-böhtan, reketçiliklə əldə etdikləri gəlirlərdən məhrum olurdular. Bu da onların media sahəsində aparılan islahatlara qarşı çıxmasına, mənasız, boşuna reyestr haray-həşiri salmasına gətirib çıxardı.

Aylardır ki, media reyestrindən özləri üçün ucuz kampaniya kimi istifadə edənlərin iddia etdikləri bir məsələ də ondan ibarət idi ki, redaksiyalarda çalışan, ancaq jurnalist fəaliyyəti ilə məşğul olmayan digər şəxslər reyestrdən kənarda qalacaq. Bu isə minlərlə şəxsin hüquqlarının pozulması hesab edilirdi. Ancaq bütün fəaliyyətini media nümayəndələrinin qanunun imkan verdiyi imkanlardan istifadəsinə həsr edən, bu sahədə sözün həqiqi mənada qayda-qanun yaradan Medianın İnkişafı Agentliyi mənasız hay salanların daha bir antiMEDİA kampaniyasına zərbə vurmuş oldu və ayrı-ayrı redaksiyalarda çalışan yüzlərlə, minlərlə əməkdaşın gələcək taleyinə aydınlıq gətirdi. Bu günlərdə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun mətbuata verdiyi açıqlamadan bəlli oldu ki, media subyektlərində çalışan, ancaq jurnalist fəaliyyəti ilə məşğul olmayan digər əmıəkdaşlar da reystrə düşə biləcək və nəticə etibarilə "Media haqqında" qanunun yol verdiyi bütün imkanlardan yararlana biləcəklər. Əhməd İsmayılovun sözlərinə görə, bununla bağlı MEDİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşü keçirilib, məsələ həllini tapıb: "Bu, "Media haqqında" qanundakı problem deyil. Bu, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsi ilə əlaqədardır. Çünki həmin reaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrinə daxil olan məlumatlarda bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka üçün hər hansısa bir banka müraciət edəndə bank işçisi onun kim olduğunu bilmir və problem yaranır. Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik və nazir, onun komandası bizə yol göstərdi, biz də problemi aradan qaldırdıq. Artıq redaktorlar və şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar".

Göründüyü kimi, MEDİA başladığı yolu uğurla davam etdirmək, fürsətcillərin əlinə bəhanə verməmək üçün əlindən gələni edir. Newscenter.az saytının təsisçisi və baş redaktoru Ruhiyyə Mehdiyeva deyir ki  Agentlik bu sahədə çalışanların hüquqlarının qorunması, "Media haqqında" qanundan irəli gələn vəzifələrin icrası, eyni zamanda qeyd edilən sahədə çalışanların mediaya yaradılan  bu və ya digər imkanlardan yararlanması üçün sistemli fəaliyyətini davam etdirir: "Təkcə özü deyil, digər müvafiq nazirlik və komitələrlə ortaq mövqelər taparaq media nümayəndələrinin üzləşdikləri hər hansı problemlərin aradan qaldırılmasına çalışır. Atılan bu kimi addımlar, görülən işlər isə təbii ki, media qurumları tərəfindən təqdir edilir".  Ruhiyyə Mehdiyevanın sözlərinə görə, MEDİA rəhbərliyinin son açıqlaması həm də onu deməyə əsas verir ki, redaksiyalarda çalışan hər kəsin həmin media subyektinin əldə etdiyi uğurda, nailiyyətdə payı var və hər bir əməkdaşın çiyinlərinə eyni yük düşür.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31