Azərbaycanda qadınlardan ibarət ilk sapyor heyəti yaradılacaq
7 Fevral 2023 15:43 Sosial"Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək" layihəsi çərçivəsində qadınlardan ibarət sapyor heyəti yaradılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün ANAMA-nın imkanlarının artırılmasına dəstək" layihəsinin təqdimatına həsr olunmuş tədbir zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə deyib.
Onun sözlərinə görə, gələcəkdə QHT tərəfindən tənzimlənəcək digər minatəmizləmə heyətlərinin də yaradılacağı gözlənilir.
"Bundan başqa, agentliyimizin informasiya sistemi müasirləşdiriləcək", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31