Vitse-spiker Milli Qəhrəmanın məzarını ziyarət edib - ÖZƏL - FOTO
7 Fevral 2023 14:04 SosialBu gün Azərbaycanın Milli Qəhramanı, vətənimizi mübarizlər diyarına çevirən Mübariz İbrahimovun doğum günüdür. "Olaylar"ın məlumatına görə, Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu gün Milli Qəhrəmanın məzarını ziyarət edib. Milli Qəhrəmanın məzarı başında F.İbrahimli bildirib ki, türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov öz yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmışdır: "Mübariz öz qəhramanlığı ilə işğalçı Ermənistanı və onun havadarlarını, erməni cəmiyyətini, habelə erməni ordusunu mənən məhv etdi, bir azərbaycanlının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Mübarizin şərəfli yolu ordumuza, cəmiyyətimizə yeni nəfəs verdi, bizim üçün Zəfər qələbəsinə cığır açdı".


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31