Zəlzələ bölgəsindəki azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı

Azərbaycan səfirliyi fövqəladə hal elan olunmuş vilayətlərdə zəlzələdən zərər çəkmiş və Azərbaycana təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, təxliyə üçün nəzərdə tutulan avtobuslar 7 fevral saat 15:00-da siyahıda qeyd edilən təyinat nöqtələrində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31