Azərbaycan vətəndaşları zəlzələ qurbanlarını anır - VİDEO

Bu gün səhər saatlarından etibarən Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gəlirlər.

Olaylar.az bildirir ki, paytaxt sakinləri səfirliyin qarşısına Türkiyədəki zəlzələdə həlak olanların xatirəsinə hörmət olaraq gül dəstələri düzürlər.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3419 nəfərə çatıb, daha 20534 nəfər yaralanıb.

Baş verən təbii fəlakətlə əlaqədar Türkiyə 7 günlük matəm elan olunub.Trend 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31