Media subyektlərinin vergidən azad olunması ölkə mətbuatına nə vəd edir?

Ölkədə həyata keçirilən sosial islahat media sahəsindən də yan keçməyib. Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi media sahəsinin də müstəqil, sərbəst fəaliyyətinə dəstək verməkdədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşısına qoyduğu priorotet məsələlərdən biri də ölkədə söz, mətbuat azadlığı və fikir plüralizminin təmin edilməsi olub. Başqa sözlə, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Elə bu məqsədlə də dövlət tərəfindən daim mətbuatın inkişafına diqqət və qayğı ilə yanaşılıb. Ölkəmizdə hesab olunur ki, söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən biridir.Təkcə ümumilli lider Heydər Əliyev tərəfindən media subyektlərinin nəşriyyata olan borclarının silinməsini xatırlatmaq kifayətdir ki, dövlətin kütləvi informasiya vasitələrinin inkişafına nə dərəcədə dəstək göstərdiyinin əyani şahidi olasan. Hazırda da müstəqil Azərbaycanda xüsusilə diqqət yetirilən sahələrdən biri də söz və mətbuat, fikir azadlığıdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, ölkəmizdə media sahəsində elə şərait yaradılıb ki, artıq problemlərdən deyil, inkişafdan söhbət gedir. Məlum olduğu kimi Azərbaycanda media islahatlarının yol xəritəsi kimi dəyərləndirilən "Media haqqında" yeni qanun qəbul olunub. Qanun ölkənin informasiya məkanının təhlükəsizliyinin və yerli medianın inkişafının təmin edilməsi, informasiya mühitinin sağlamlaşdırılması məqsədi daşıyır. Belə ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" müvafiq fərmanı media haqqında yeni qanunun qəbul edilməyi üçün zəmin yaradıb.

Hazırda dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə dövlətlər ölkə mediasını, informasiya təminatını ayaqda saxlamaq üçün KİV-ə yönəlik proqramlar, subsidiyalar, qrantlar vasitəsilə dəstək olurlar. Yuxarıda sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda da  kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət yetirilir. Elə media subyektlərinə bəzi vergi güzəştlərinin tətbiq olunması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması dediklərimizin bariz nümunəsidir. Məlumata görə, Milli Məclisin iqtisadi siyasət və sahibkarlıq komitəsində medianın inkişafına biləvasitə müsbət təsir edəcək yeni qanun lahihəsi müzakirəyə çıxarılıb. Sənədə əsasən yaxın 3 il ərzində auduoviziual media subyektləri istisna olmaqla digər media subyektləri bütün vergilərdən azad olunacaqlar. Söhbət mediaya tətbiq olunan gəlir, mənfəət və əlavə dəyər gergilərindən gedir ki, qanun təsdiq olunacağı tədqirdə sözügedən vegilər media subyektlərinə tətbiq olunmayacaq. Özü də bu məbləğ nə az nə çox, haradasa on milyin manat civarında olacaq. Ekspertlərin qənaətinə görə, media subyektlərinə belə bir güzəştin tətbiq edilməsi kütləvi informasiya vasitələrinin inkişafına nəzərəçarpacaq dərəcədə təsir edəcək. Vergiyə cəlb olunan bu qədər vəsaitin media subyektlərinin hesabında qalaması təbii ki, sağlam rəqabət mühiti yaratmaqla yanaşı, jurnalistlərin sosial vəziyyətinin daha da  yaxşılaşmasına da təsirsiz ötüşməyəcək. Bu da öz növbəsində keyfiyyətli xəbər istehsalına şərait yaratmış olacaq.  

Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli  bildirib ki,  Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsində medianın inkişafı baxımından çox mühüm bir qanun layihəsinin müzakirəsi olub:

"Belə ki, yaxın üç il ərzində audiovizual media subyektləri istisna olmaqla digər media subyektləri bütün vergilərdən azad olunurlar. Burada medianın gəlir, mənfəət və əlavə dəyər vergisindən azad olunmasından söhbət gedir".

Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyi uzun zamandır ki, tədqiqatlar aparır və müxtəlif media subyektləri arasında sorğular həyata keçirib. Mediamız daim istəyib ki, ona dövlətin iqtisadi güzəştləri tətbiq edilsin. Nəhayət bu istiqamətdə addım atıldı və Vergi Məcəlləsinə dəyişiklik edilməsi layihəsi gəldi" - o qeyd edib.

N.Məmmədli vurğulayıb ki, dəyişiklikdən sonra çap və onlayn media subyektlərinə vergi güzəştləri tətbiq olunacaq:

"İqtisadçıların hesablamalarına görə, burada 10 milyon manata yaxın güzəştdən söhbət gedir. Bu da dövlətin mediaya, azad sözə və pluralizmə dəstəyinin bir formasıdır".

Qətiyyətlə demək olar ki, media subyektlərinə belə bir güzəştin tətbiq edilməsi dövlətin söz və fikir azadlığına dəstəyinin əyani göstəricisidir. Qanunvericilikdə edilən dəyişiklik bir daha təsdiq edir ki, dövlət  söz və mətbuat azadlığının təmin olunmasına xüsusi diqqətlə yanaşır. Məhz sözügedən dəyişiklik, ölkədə yaradılan demokratik mühit, söz və mətbuat azadlığının təmin edilməsi hər bir media qurumunun sərbəst fəaliyyətinə təkan verəcək. Bununla da Azərbaycan hakimiyyəti azad sözün himayəçisi kimi çıxış etmək reallığını bir daha sübut etmiş olur. Sonda qeyd edək ki, dövlətin mediaya, azad sözə, fikir plüralizminə münasibəti deməyə əsas verir ki, media subyektlərinin inkişafına dəstək paketi davamlı olacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31