Əməkdar jurnalist: Sözün bitdiyi yerdəyik

 

Minlərlə insanın cənazəsi, minlərlə insanın yarası, dağıntılar, ah-nalə, göz yaşı, məlum faciənin hüznü ortadadlr.

Olaylar.az xəbər verir ki, bu sözləri şəxsi "Facebook" hesabında əməkdar jurnalist Mətanət Ağamirli paylaşıb..

"Çox ağır bir dönəmdən keçirik.  Belə bir vəziyyətdə  bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə müxtəlif siyasi fikir yürütməyə çalışanlar da var ... Məncə də bu gün siyasət zamanı deyil, yardım gözləyən insanlara əl uzatmaq zamanıdır.  Sözün bitdiyi yerdəyik. İnsanın yaşayacağı ən çətin durumlardan biri çarəsizlikdir. Allah heç bir bəndəsini öz yurdunda, öz ocağında çarəsizliklə sınamasın.

Qardaş Türkiyədə baş verən fəlakətin, ağrı-acısını  ifadə  etməyə söz də acizdir. Əzizlərini-doğmalarını itirənlərin kədəri, acısı qarşısında səssiz baş əymək  zamanıdır.  Faciənin mənəvi, maddi, psixoloji, fiziki çətinliklərinə tab gətirmək üçün can qardaşlarımıza Allahdan səbr, dəyanət diləyirəm. Tanrı dağıntılar, uçqunlar altında imdad  gözləyən insanlara güc-qüvvət versin"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31