Gülben Ergendən azərbaycanlı FHN əməkdaşları ilə bağlı PAYLAŞIM - FOTO

Türkiyəli müğənni Gülben Ergen Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ilə bağlı paylaşım edib.

 

Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında həmyerlilərimizin fotosunu paylaşaraq, "Azərbaycan ikinci çevik xilasetmə qüvvələrini Türkiyəyə göndərdi. Səsimizi eşidən, bizə köməyə gələn bütün qardaş ölkəmizə təşəkkür edirik", - sözlərini yazıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri artıq qardaş ölkədədirlər.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31