Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 651-ə çatdı
6 Fevral 2023 21:44 SosialTürkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralananların sayı isə 11 119-a yüksəlib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.
"7,7 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı 1651 nəfər yüksəlib, 11 119 nəfər yaralanıb, 3 471 bina dağılıb", - deyə nazir bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31