"İki zəlzələnin proqnozunu vermişdik" - Qurban Yetirmişli

"Dünyada zəlzələ proqnozunu dəqiq vermək mümkün deyil".

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.

O, indiyədək Azərbaycanda iki zəlzələnin əvvəlcədən proqnozunun verildiyini deyib:


"Bizim Seysmoloji Mərkəzin praktikasında iki zəlzələnin proqnozu verilib. Bir proqnoz  2000-ci ilin aprelində həmin ilin noyabrın 25-də olan zəlzələyə aid olub. Onda bildirdik ki, Xəzərdə beş baldan yuxarı zəlzələ ola bilər. 2012-ci may ayında da proqnoz verdik,  noyabrda Balakəndə zəlzələ oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31