Zeynəb Dostəliyeva son mənzilə yola salındı - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva dünyasını dəyişib. 

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, onunla vida mərasimi bu gün Nazpərinin evində keçirilib. 

Mərhumun nəşi dəfn olunmaq üçün Səngəçal qəbiristanlığına aparılıb. 

Qeyd edək ki, Z.Dostəliyeva uzun müddətdir xəstəxanada müalicə alırdı. O, ötən gecə dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31