İranda və Türkiyədə baş verən zəlzələlər Azərbaycana da gələ bilər - ÖZƏL

Alp-Himalay qurşağı Avrasiyanın cənub hissəsindən keçməklə Atlantik okeanından Sakit okeana qədər uzanır. Dünyada zəlzələlərin Sakit okean odlu qövsündən sonra ən çox baş verdiyi ərazilər məhz bu qurşağın üzərində yerləşir. Azərbaycan ərazisi də bu qurşaq daxilindədir.

Bu fikirləri "OLAYLAR"-a coğrafiyaşünas Anar Salehoğlu səsləndirib. O bildirib ki,  Cənubi Azərbaycanda və ardınca qardaş Türkiyədə güclü zəlzələrin müşahidə olunması bizi qəti addımlar atmağa vadar edir: 

"Seysmik təkanların ardıcıl davam etməsi həyacan təbili deməkdir. Azərbaycanda da zəlzələlərin baş verməsi istisna edilmir. Seysmik təkanların əsasən Böyük Qafqaz dağlarında baş verəcəyi ehtimalı daha çoxdur. Tarixi təcrübə də bunu deməyə əsas verir. Seysmik aktivliyin qərbə doğru getməsi təhlükənin Azərbaycandan uzaqlaşdığı kimi başa düşülməməlidir. Bütün hallarda xalqımız hazır olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31