Pendir nə ilə təhlükəlidir? - AÇIQLAMA

Pendirin tərkibində çoxlu zülal, kalsium və fosfor var, ancaq hamı onu rasionuna daxil edə bilməz.

Olaylar.az milli.az-a istinadən bildirir ki, sağlam qidalanma üzrə ekspert, məşhur alim Tobi Ador bildirib ki, ürək problemi olanlar və hipertoniyadan əziyyət çəknlər pendirdən istifadəni azaltmalıdırlar.

Pedirin tərkibində çoxlu natrium olur ki, o da qan təzyiqini qaldıra bilər. Hipertoniyadan əziyyət çəkənlər bu ərzaqdan istifadəni gün ərzində 20-30 qrama qədər məhdudlaşmalı, duzlu pendiri isə ümumiyyətlə, rasiondan çıxarmalıdır.

Pendirin böyük miqdarlarda istehlakı mədə-bağırsaq fəaliyyətini poza, o cümlədən, qaz əmələ gəlməsini yüksəldə, qarını köpürdə və qəbizlik əmələ gətirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31