“AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
4 Fevral 2023 11:11 Sosialİdarə Heyətinin sədri dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilmiş törəmə cəmiyyət - "AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması layihəsinin icrası istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd edib. O, istehsal gücü 31 min ton sənaye partlayıcısı olan zavod üzrə Gəncə şəhərində cari ildə tikinti işlərinin başlanılması və yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.
Z.İbrahimov müşavirənin sonunda yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması məqsədilə geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün fəaliyyət istiqamətləri üzrə artım dinamikasının qorunub saxlanılmasına dair tapşırıq və tövsiyyələrini verib.