Kamran Əliyev bu şəhərin prokurorunu işdən çıxardı

Sumqayıtın prokuroru işdən azad edilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib.

Qeyd edilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abıyevə həvalə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31