Uşaqlıq qorxuları ilə necə mübarizə aparaq?- ÖZƏL

"Kiçik yaşlarda yaranan qorxular gələcəkdə nitq problemlərinə və travmalara səbəb ola bilir. Olaylar.az xəbər verir ki, bu sözləri psixoloq Fidan Nəzirova bildirib.

"Yaşa görə qorxu obyektləri də dəyişir. 6-1 yaş aralığında olan körpələr tanımadıqları şəxslərdən də qorxa bilir. Uşağın anidən yuxudan ayılması da bu qorxunun yaratdığı fəsaddır. 3-4 yaş aralığında olan azyaşlılar cizgifilm personajlarından qorxurlar. Məktəbəqədər yaşda olan uşaqlarda məktəbə adaptasiya problemi yaranır. Valideyni itirmək qorxusu ilə üzləşirlər. Bir çox uşaqlarda travmadan yaranan qorxular var. Avtoqəza, ailə münaqişəsi, heyvan qorxusu bu travmaların yaranmasına səbəb ola bilir. Qorxularla bağlı tədbir görülmədikdə bunlar fobiaya çevrilir və psixi dəyişiklik yaranır. Məsələn, kəkələmə ağır nitq qüsurudur. Nitqin itirilməsi halı da baş verir.

7-12 yaş aralığında yeniyetmələr cin-şeytan kimi məfhumlardan qorxub, travma qazan bilir. Qorxular müalicə edilmədikdə ağırlaşır. Vaxtında psixoloqa müraciət etməmək travmaların qalıcı olması ilə nəticələnir.

Uşaqlarınızda qorxudan yaranan travma, depressiya halları varsa, mütəxəssisə müraciət mütləqdir. Çünki, intihara qədər gətirib çıxara bilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31