“Uşaqları, qadınları zorlayan bu yaramazlar harada yetişir? - QHT sədri - ÖZƏL
2 Fevral 2023 11:55 Sosial"Ötən gecə 42 yaşlı Zaur qeyri-rəsmi münasibətdə olduğu 40 yaşlı Əfsanənin evinə gəlib. Əfsanənin əl-ayağını iplə bağlayıb və onun 14 yaşlı qızı Günayı zorlayıb. Sonra Əfsanə və Günayı bıçaqlayıb, nəticədə 14 yaşlı qız ölüb". Bunu "Olaylar" a deyən "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki, anaların öz sevgililərini uşaqlarının yanına gətirməsi əxlaqsızlığın pik həddidir: "Uşaqları, qadınları zorlayan bu yaramazlar harada yetişir? Zorlama sağlam psixikanın məhsulu deyil. Alkoqol, narkotik, təhsilsizlik, qeyri-sağlam mühit adamları adamlıqdan çıxarır və ən qorxunc şeyləri etməyə sövq edir. Narkotik bəlasının kökü kəsilməyincə, biz cəmiyyətdə belə dəhşətli şeylərin şahidi olacağıq. Hüquq-mühafizə orqanları daha çox insanın narkotikə bulaşmasının qarşısını almağa borcludur və bunu etməyə qadirdir. Əgər ölkədə narkotiklər sərbəst şəkildə hərəkət edirsə və himayə edilirsə, demək ki, bizi daha qorxunc gələcək gözləyir..."