Hollandiyada yaşayan azərbaycanlılar və türklər güneyli soydaşlarımıza yardım göndərəcək - ÖZƏL
1 Fevral 2023 14:49 SosialBir neçə gün əvvəl Güney Azərbaycan ərazisində baş verən güclü zəlzələ nəticəsində baş verən dağıntılar soydaşlarımızı çətin vəziyyətə salıb. Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə İran hakimiyyətinin heç bir addım atmaması və soydaşlarımızın küçələrdə gecələməsi dünuanın müxtəlif ölkələrində yaşayan azərbaytcanlıları hərəkətə keçirib. Belə ki, Hollandiyada artıq zəlzələdən zərər çəkmiş güneyli soydaşlarımıza yardım kampaniyasına start verilib.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov paylaşıb. O bildirib ki, yardım aksiyasında Hollandiyada yaşayan azərbaycanlılarla yanaşı türk qardaşlarımız da yaxından iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31