Səidə öpdü, Elnur isə onu qucağına alıb fırlatdı - VİDEO

Ötən həftə özünə dəmdəstgahlı doğum günü keçirən Xalq artisti Aygün Kazımovanın özəl günündə iştirak edən müğənnilər Səidə Sultan ilə Elnur Hüseynovun görüşməsi diqqət çəkib.

Olaylar.az bildirir ki, bizim.media-nın əməkdaşının lentə aldığı görüntülərdə uzun zamandır bir-birini görməyən ikilinin səmimi və hərarətli ünsiyyəti əks olunub.

Səidə Elnuru görər-görməz qucaqlayaraq, öpüşlərə qərq edib. Hüseynov isə Sultanı qucağına alıb və fırladıb. Elnur üçün darıxdığını söyləyən Səidə yaxın günlərdə görüşmək istədiyini onun qulağına pıçıldayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31