SalamNews və “İnteraz”da əməliyyat keçirildi - Saxlanılanlar var
31 Yanvar 2023 15:11 SosialBu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.
Olaylar.az xəbər verir ki, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və "İnteraz" da var.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər - A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31