Sürücülərə hava xəbərdarlığı
31 Yanvar 2023 14:40 SosialFevralın 1-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Bu barədə "Olaylar"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31