Tarix-Diyarşünaslıq Muzeyi “açıq qapı” təşkil edir - ÖZƏL
31 Yanvar 2023 12:04 Sosial2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur. Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyindən "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir: "Bunu nəzərə alaraq Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyi olaraq Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində gənclər üçün "açıq qapı" olacaq. Bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək".