Axtarışda olan 138 nəfər saxlanıb
31 Yanvar 2023 12:53 SosialYanvarın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs kimi axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31