14 kq-dan çox narkotik dövriyyədən çıxarıldı
31 Yanvar 2023 12:48 SosialPolis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 11,7 kiloqramdan artıq heroin, 2,6 kiloqramdan çox marixuana, 35 qram həşiş, həmçinin 320 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31