Qəbələdə vəhşi heyvanların parçaladığı şəxsin üzərində iş adamına məxsus əşya tapıldı - YENİLƏNİB

Qəbələ rayonunda vəhşi heyvanlar tərəfindən parçalanan kişi skeletinin itkin düşən adama məxsus olduğu ehtimalını artırıb.

Məlumata görə, Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində tapılan meyitin üzərindən 2022-ci ilin noyabr ayında meşədə itkin düşən Səyavuş Həmidova aid sim-kart tapılıb. 

Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Həmin şəxs axtarılırdı. 

İtkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirmişdi ki, S.Həmidov gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib.

O, rayonda mağaza sahibi olub.

azmedia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31