Güney Azərbaycanda baş verən son hadisələrdə soydaşlarımız fəal və aktiv şəkildə iştirak etsələr də...- ÖZƏL
30 Yanvar 2023 15:01 Sosial"Güney Azərbaycanda baş verən son hadisələrdə soydaşlarımız fəal və aktiv şəkildə iştirak etsələr də, hələ ki, bütün güclərini ortaya qoymuş deyillər. Onun da səbəbini belə izah etmək olar ki, tarix boyu İran adlanan ərazidə baş verən inqilabların əsasında azərbaycanlılar dayansa da, imperialist qüvvələr tərəfindən idarə olunan müəyyən və məlum siyasi oyunlar səbəbilə həmin inqilabların qurbanlarına çevriliblər. Nəticə olaraq da, əldə olunanların heç biri Azərbaycan və azərbaycanlıların xeyrinə olmayıbdır".
Olaylar.az xəbər verir ki, bu barədə məlumat bu gün təsis olunması ilə bağlı iclas keçirilən "Güney Azərbaycan İcması"-nın bəyanatında qeyd olunub.
Qeyd edək ki, "Güney Azərbaycan İcması" iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul edilən qərarı əsasında yaradılmışdır.