Sədr müavini şəhid ailələrinin problemini həll etdi - ÖZƏL
30 Yanvar 2023 14:11 SosialMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid ailələrini qəbul edib. "Olaylar"ın məlumatına görə, bu barədə sədr müavini özü məlumat verib: "Milli Məclisdə növbəti dəfə şəhid ailələrini, qaziləri və müraciət edən vətəndaşları qəbul etdim. Qəbul zamanı müxtəlif məzmunlu müraciətlər tərəfimdən dinlənilərək, bəzilərinin yerindəcə həll edilməsinə nail olundu. Eləcə də, sosial, humanitar, məişət məsələlərinin həll edilməsi ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması məqsədilə göstərişlər verildi. Ünvanıma daxil olan bütün növ müraciətlər tam, hərtərəfli araşdırılır, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılmaqla, həllinə nail olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31