Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu - YENİLƏNİB

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Olaylar.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31